Eddi İsrafilovun sağlamlıq durumuna aydınlıq gəldi
Avro-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də keçirilmiş Avstriya – Azərbaycan matçında zədələnmiş futbolçu Eddi İsrafilov sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra Eddi İsrafilovun sağ dizinin medial bağında birinci dərəcəli gərilmə var. Müalicəyə başlamışıq. Planlaşdırırıq ki, 10-14 günlük müalicə və fərdi hərəkətlərdən sonra komanda ilə məşqlərə başlaya biləcək”.