“Şamaxı” ilə oyuna Fərid Hacıyev təyin olundu
Premyer Liqada 26-cı turun təyinatları açıqlanıb. “Şamaxı” – “Neftçi” oyununun baş hakimi Fərid Hacıyev olacaq. Ona Zeynal Zeynalov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi Emin Səfərov, VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Əliyar Ağayev olacaq.
Qeyd edək ki, “Şamaxı” – “Neftçi” oyunu martın 12-si saat 15:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.