Rəhman Hacıyev komanda ilə məşqə qoşuldu
“Neftçi” Premyer Liqanın 26-cı turunda qarşılaşacağı “Şamaxı” ilə oyunun hazırlığını davam etdirir. “Turan Tovuz”la matçın ertəsi günü istirahət edən flaqman martın 7-də məşqlərə başlayıb.
Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olub və “Neftçi TV” vasitəsilə canlı yayımlanıb. Məşqdə zədəli Ataa Caber iştirak etməyib, əvəzində, Rəhman Hacıyev uzun müddət sonra komanda ilə məşqə qoşulub.
Qeyd edək ki, martın 12-si Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” oyunu saat 15:00-da başlanacaq.