Ataa Caberin sağlamlıq durumuna aydınlıq gəldi
Premyer Liqanın 24-cü turu çərçivəsində fevralın 27-də “Azersun Arena”da keçirilmiş “Qarabağ” – “Neftçi” matçında zədələnmiş futbolçu Ataa Caber sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “Ataa Caber oyun zamanı diz qapağından aşağı 6-7 sm uzunluğunda kəsilmiş-deşilmiş yara ilə əlaqədar klinikaya yerləşdirildi. İlkin müayinədən sonra sümüklərinin tamlığının pozulmadığı müəyyənləşdi, vətərlərinin də tamlığında ciddi problem yoxdur. Cərrahi işlənilərək xəstəyə elastik bandajla sıxıcı sarğı qoyuldu və o, evə buraxıldı. Sonrakı müayinələr üçün futbolçuya təkrar baxılacaq. Yəqin ki, 2 həftədən sonra tikişləri söküləcək, daha sonra isə fərdi hərəkətlərə başlayacaq”.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26