“Şamaxı” ilə oyunu Rəşad Əhmədov idarə edəcək

23 dekabr 2022, 12:46

Premyer Liqada 18-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Şamaxı” oyununun baş hakimi Rəşad Əhmədov olacaq. Ona Rəhman İmami və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi Eldəniz Musayev, VAR hakimi Fərid Hacıyev, VAR hakiminin köməkçisi Müslüm Əliyev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Şamaxı” oyunu dekabrın 23-ü saat 16:00-da “Bakcell Arena”da keçiriləcək.