U-11 komandamız Can Bartu beynəlxalq turnirini 11-ci yerdə başa vurdu
“Neftçi” PFK-nın U-11 komandası “Fənərbaxça” Futbol Akedamiyasının təşkilatçılığı ilə bu gün İstanbul şəhərində keçirilən Can Bartu beynəlxalq turnirində iştirak edib. Baş məşqçi Mahmud Əhmədovun yetirmələri İtaliyanın “İnter” (Milan, 0:3), Türkiyənin “Altay” (4:0) və “Başakşehir” (0:1) klubları ilə oyunlardan sonra “B” qrupunda 3-cü olaraq 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb. Burada Sofiya ÇSKA-sına 0:4 hesabı ilə uduzan “Neftçi” Türkiyənin “Manisa” klubuna qalib gələrək (1:0) 11-ci yeri tutub.
Qeyd edək ki, 5 ölkədən 16 komandanın yarışdığı turnirin qalibi finalda “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edən “İnter” olub.
Tövsiyə olunur
-
“Neftçi” PFK-nın 3 üzvü Avropa çempionatının seçmə mərhələsində!
Akademiya 4 noyabr 2024, 17:22 -
6 futbolçumuz milli komandalarda!
Akademiya 23 oktyabr 2024, 20:37 -
“Neftçi”nin 4 üzvü Belarusa gedəcək
Akademiya 5 oktyabr 2024, 18:53 -
“Neftçi”nin 3 üzvü milli komandalarda!
Akademiya 24 sentyabr 2024, 15:55