Daha 2 futbolçumuz milliyə cəlb olundu

14 oktyabr 2022, 13:02

Hazırda Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub. “Neftçi”nin üzvü Rüfət Abbasov toplanışda iştirak etməyəcək. Əvəzində, “ağ-qaralar”ın digər üzvləri İbrahim Piriyev və Nihad Əliyev heyətə cəlb olunub.

Qeyd edək ki, oktyabrın 16-dək Bakıda, 17-dən 21-dək Gürcüstanın Rustavi şəhərində təşkil olunacaq hazırlıq prosesinə bundan əvvəl “Neftçi”nin 2 futbolçusu – Aslan Şirinov və Lətif Rzayev də çağırılmışdı. Toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz oktyabrın 18-də və 21-də gürcüstanlı yaşıdları ilə qarşılaşacaq.