U-11 komandamız Almaniyadakı ilk gündə iki qələbə qazandı
“Neftçi” PFK-nın U-11 komandası Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “VW Wolf Herbst CUP” turnirinə start verib. Yarışın ilk günündə Almaniya “Vuppeltaler”inə 4:1 hesabı ilə qalib gələn baş məşqçi Mahmud Əhmədovun yetirmələri bu ölkənin “Ratingen” (0:2), “Hannover” (1:2) və Belçikanın “Eupen” (2:6) klublarına məğlub olaraq “C” qrupunda 5 komanda arasında 4-cü yeri tutub.
Bununla da, “ağ-qaralar” 6 komandalı 4-cü qrupda mübarizə aparmaq hüququ qazanıb. “Hamburq”a 0:3 hesabı ilə uduzan U-11 komandamız Almaniyanın başqa bir klubu “Paderborn”a 2:1 hesabı ilə qalib gəlib.
“Neftçi” qrupun digər oyunları çərçivəsində oktyabrın 2-də “Hessen Kassel”, “Ayntraxt Dortmund” və “Ratingen” klubları ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
“Neftçi” PFK-nın 3 üzvü Avropa çempionatının seçmə mərhələsində!
Akademiya 4 noyabr 2024, 17:22 -
6 futbolçumuz milli komandalarda!
Akademiya 23 oktyabr 2024, 20:37 -
“Neftçi”nin 4 üzvü Belarusa gedəcək
Akademiya 5 oktyabr 2024, 18:53 -
“Neftçi”nin 3 üzvü milli komandalarda!
Akademiya 24 sentyabr 2024, 15:55