“Neftçi” Skopinyo Kubokunu qələbə ilə başa vurdu
“Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda ikinci oyununu keçirib. Baş məşqçi Rəşad Hüseynovun yetirmələri “Lodiciani” klubunu 1:0 hesabı ilə məğlub edib. Qələbə qoluna Murad Məmmədov imza atıb.
Bununla da ilk matçda “Roma”ya 0:1 hesabı ilə uduzan “Neftçi” C qrupunda 2-ci yeri tutub.
Qeyd edək ki, İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol.Kantaliçe”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbaxça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.
Tövsiyə olunur
-
“Neftçi” PFK-nın 3 üzvü Avropa çempionatının seçmə mərhələsində!
Akademiya 4 noyabr 2024, 17:22 -
6 futbolçumuz milli komandalarda!
Akademiya 23 oktyabr 2024, 20:37 -
“Neftçi”nin 4 üzvü Belarusa gedəcək
Akademiya 5 oktyabr 2024, 18:53 -
“Neftçi”nin 3 üzvü milli komandalarda!
Akademiya 24 sentyabr 2024, 15:55