“Neftçi-2”nin üzvü “Liv Bona Dea Hospital”da əməliyyat olundu
“Neftçi-2”nin müdafiəçisi Fariz Xeyrullayev sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da əməliyyat olunub. Uğurlu keçən əməliyyatdan sonra stosionar şəraitdə terapevtik müalicə alan 18 yaşlı futbolçu bir neçə gündən sonra evə buraxılacaq.
Qeyd edək ki, məşq zamanı qolu sınmış Fariz Xeyrullayev sol bazu sümüyünün cisminin parçalı yerdəyişmiş sınığı diaqnozu ilə hospitala yerləşdirilmişdi.