4 futbolçumuz V İslam Həmrəyliyi oyunlarında
Avqustun 8-dən 16-dək Türkiyənin Konya şəhərində təşkil olunacaq V İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. U-23-ə dəvət olunan “Neftçi”nin 4 üzvü – Rza Cəfərov, Ramin Nəsirli, Nihad Qurbanlı və David Orucov avqustun 2-dən 4-dək Milli Komandaların Məşq Mərkəzində təlim-məşq toplanışında da iştirak edəcəklər.
Qeyd edək ki, milli komandamız V İslam Həmrəyliyi oyunları çərçivəsində avqustun 8-də İran, 10-da Səudiyyə Ərəbistanı, 12-də Mərakeş yığması ilə qarşılaşacaq. Yarımfinal görüşləri avqustun 14-də, üçüncü yer uğrunda və final matçları isə 16-da keçiriləcək.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26