Azarkeşlərimizin dəstəyi ilə “Aris”lə oyuna hazırlıq davam edir
“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşdığı “Aris” (Limassol) klubu ilə cavab oyununun hazırlığını davam etdirir. İyulun 21-də Kiprin Larnaka şəhərindəki “AEK Arena”da baş tutan ilk matçın ertəsi günü bərpa məşqi edən komandamız birgünlük fasilədən sonra – iyulun 24-də məşqlərə başlayıb. Bu gün növbəti hazırlıq prosesi “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutub. “Neftçi” azarkeşlərinin komandaya dəstəyi ilə keçən məşqdə əsasən toplu çalışmalar icra olunub.
Qeyd edək ki, “Neftçi” – “Aris” matçı iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.