“Neftçi”nin 4 üzvü Sloveniya yığmasına qarşı oynaya bilər
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Martın 17-dən 20-dək Bakıda, 21-dən 24-dək isə Sloveniyada təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Rüfət Abbasov, Fariz Xeyrullayev, Rəvan Kazımlı və Ağadadaş Salyanski dəvət olunublar. Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz martın 22 və 24-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
Tövsiyə olunur
-
“Neftçi” PFK-nın 3 üzvü Avropa çempionatının seçmə mərhələsində!
Akademiya 4 noyabr 2024, 17:22 -
6 futbolçumuz milli komandalarda!
Akademiya 23 oktyabr 2024, 20:37 -
“Neftçi”nin 4 üzvü Belarusa gedəcək
Akademiya 5 oktyabr 2024, 18:53 -
“Neftçi”nin 3 üzvü milli komandalarda!
Akademiya 24 sentyabr 2024, 15:55