Sezar Meza Kolli: “Hər gün “Neftçi”yə kömək etmək üçün çalışıram”
“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli klubun rəsmi saytına müsahibə verib. Geridə qalan “Keşlə” və qarşıdan gələn “Sabah”la oyun haqda fikir bildirən paraqvaylı futbolçu azarkeşlərə səslənib:
- Azərbaycan Kubokunda yarımfinala yüksəldik, ardından isə “Keşlə” ilə çempionat matçında inamlı qələbə qazandıq ki, hər ikisində sənin də əməyin oldu.
- Allaha şükürlər olsun ki, qələbə qazanıb yarımfinala çıxa bildik. Deməzdim ki, bu mənim sayəmdə oldu. Bəli əməyim oldu, amma bütün komanda yoldaşlarımın sayəsində. Onlarla oynayanda özümü çox rahat hiss edirəm. Bu qələbə bütün komanda üzvlərinin, məşqçilərin işidir. Biz birlikdə daha yaxşıyıq.
- Bu mövsüm Premyer Liqada 3 qola imza atmısan ki, bunlardan 2-si keçmiş klubun “Keşlə” ilə oyunda olub. Bunun xüsusi səbəbi varmı?
- Bəli, buna sevinirəm, amma xüsusi bir şey yoxdur. Mən hər gün “Neftçi”yə kömək etmək üçün çalışıram. Əsas odur ki, qalib gəldik.
- Qarşıdan “Sabah”la çətin səfər matçı gəlir. Necə düşünürsən, kubok oyununda olduğu kimi, bu dəfə də “Bank Respublika Arena”dan qalib ayrıla biləcəyik?
- Bu həftə hazırlığa başlamışıq. 95 dəqiqə oyuna köklənməliyik. Bütün komanda hazır olsa, yaxşı nəticə qazanacağıq.
- Xüsusilə son iki qarşılaşmada göstərdiyin oyunla azarkeşlərin rəğbətini qazanmısan. Onlara sözün varmı?
- Hər matçda azarkeşlərin dəstəyi çox vacibdir. Buna çox ehtiyacımız var. “Sabah”a qarşı növbəti matçda hər birini gözləyirik. Dəstəyinizə ehtiyacımız var.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00