Azər Salahlı: “Neftçi”də oynayacağım üçün çox qürur hissi keçirirəm”
Yeni transferimiz Azər Salahlının “Neftçi TV”yə ilk müsahibəsini təqdim edirik:
“İlk növbədə bütün “Neftçi” azarkeşlərini və “Neftçi” ailəsini salamlayıram. “Neftçi”yə gəldiyim və burada çıxış edəcəyim üçün çox xoşbəxtəm. Bütün yerli futbolçulardan soruşsanız ki, “Neftçi”də oynamaq necə hissdir, “Neftçi”də oynayarsanmı, əminəm ki, hər kəs deyəcək ki, “Neftçi”də oynamaq mənim də arzumdur. “Neftçi”də oynayacağım üçün çox qürur hissi keçirirəm. Liderdən bir az geridəyik, buna baxmayaraq, çempionatın ikinci hissəsində mən də əlimdən gələni edəcəyəm ki, xal fərqini azaldıb çempionluq yarışını davam etdirək. Çox istəyirəm ki, karyeramın ən uğurlu dönəmini “Neftçi”də keçirim və inanıram ki, bu məndə alınacaq. Bütün “Neftçi” azarkeşlərini salamlayıram və mənə çox dəstək olduqları üçün onlara dərin təşəkkürümü bildirirəm. Sosial şəbəkələrdə yazdıqları müsbət rəylərin hər birini oxuyuram və hər birinə təşəkkür edirəm. Bu mənə məşqlərə tez qoşulub, oyunlara qələbə qazanıb onları sevindirmək üçün böyük motivasiya verir”.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00