“Neftçi”dən ikinci transfer
“Neftçi” qış fasiləsində ikinci transferini reallaşdırıb. Yarımmüdafiəçi Eddi İsrafilov ilə 2,5 illik müqavilə bağlanıb. 29 yaşlı futbolçu komandamızın heyətində 14 nömrəli formanı geyinəcək.
İsrafilov İspaniyanın “Real Mursiya” (2011-2014), “Qranada” (2014-2015), “Eybar” (2015-2016), “Kordoba” (2016), “Kadis” (2016-2017), “Ximnastik” (2017-2018), “Alkorkon” (2018-2019) və “Albasete” (2019-2021) klublarında çıxış edib. 2016-cı ildən Azərbaycan milli komandasına dəvət olunan futbolçu 13 rəsmi oyunda meydana çıxıb.
Qeyd edək ki, bundan əvvəl 27 yaşlı müdafiəçi Azər Salahlı transfer olunmuşdu.