Vüsal Əsgərov: “Bu hisslərin sözlə ifadəsi yoxdur”
“Neftçi”nin gənc futbolçusu Vüsal Əsgərov klubun rəsmi saytına müsahibə verib. “Səbail”lə oyunda əsas komandada qol hesabını açaraq flaqmana qələbə qazandıran 20 yaşlı yarımmüdafiəçi təəssüratlarını bölüşüb:
- Əsas komandamızın heyətində qol hesabını açdın və “Neftçi”yə çox vacib qələbə qazandırdın. Həmin an hansı hissləri keçirirdin?
- Üç oyunluq məğlubiyyətdən sonra bu matçda qələbə qazanmaq çox vacib idi. Həmin qolu vurmaq mənə nəsib olduğu üçün çox sevinirəm. Amma təbii ki, əsas olan komandanın qələbəsidir.
- Bu mövsüm artıq 3 Premyer Liqa oyununda forma geyinmisən. Ümumiyyətlə, əsas komandada, üstəlik, start heyətində meydana çıxmaq necə hisslərdir?
- Bu hisslərin sözlə ifadəsi yoxdur. Çox sevinirəm. Həm qol vurduğum, həm də oynadığım üçün şadam. Meydana çıxdığım matçlarda özümü ən yaxşı tərəfdən göstərib komandama kömək etməyə çalışacağam.
- “Səbail” üzərində qələbə həm də uğursuzluq seriyasına son qoymaq baxımından əhəmiyyətli oldu. Səncə, qış fasiləsinəcən keçiriləcək “Sumqayıt” və “Qəbələ” ilə oyunlarda bu qələbənin ardı gələcək?
- Düzdür, alınmayan, uğursuz oyunlarımız oldu, amma bu, hər bir komandada ola bilər. Son matçda qələbə qazanaraq bu tilsimi qırdıq. “Sumqayıt” və “Qəbələ” ilə görüşlərdə də qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- Son turda qələbə qolunu vurmaqla azarkeşlərin də rəğbətini qazandın. Onlara sözün varmı?
- Azarkeşlər sağ olsunlar ki, mənə inanır və dəstək olurlar. Mən də öz növbəmdə çalışacağam onların inamını doğruldub komandamızın qələbələrində pay sahibi olum.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00