Kane Qvineya-Bisau və Mərakeşlə oyunlara çağırıldı

9 noyabr 2021, 11:52

“Neftçi” PFK-nın yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasına dəvət olunub. 24 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 12-də Qvineya-Bisau, 16-da isə Mərakeşlə oyunlara çağırılıb.

Qeyd edək ki, Kane Qvineya milli komandasında 8 oyun keçirib, 2 qol vurub.