Sabir Buqrin: “Düşünürəm ki, Ramonun bədənində maqnit var”
“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin klubun rəsmi saytına açıqlama verib. “Sabah”ın qapısına vurulan ilk qol haqda danışan mərakeşli futbolçu ötən mövsüm olduğu kimi, komandamızın yenə də çempion olmaq istədiyini bildirib:
“Yaxşı oynadıq, amma daha da yaxşı oyun nümayiş etdirə bilərik. Komandamıza inanıram. Düzdür, matçın sonu gərgin və riskli idi, amma əsas odur ki, 3 xal qazandıq. Hesabı açdığımız epizoda gəlincə, bu tam olaraq Ramonun qoludur. Hərdən düşünürəm ki, onun bədənində maqnit var və bütün topları öz üzərinə çəkir. Ona görə çox şadam. Ötən mövsüm olduğu kimi, yenə də çempion olmaq istəyirik. Fikrimcə, bunun öhdəsindən gələ bilərik”.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26