Samir Abasov: “Bundan nəticə çıxarmalıyıq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa) klubu ilə cavab matçından sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Artıq ilk ilk dəqiqələrdə təhlükəni hiss etməyə başladıq, rəqibə real qol vəziyyəti verdik. Yusuf Lavalın yoxluğu da öz təsirini göstərdi. Bundan əlavə, 3 futbolçumuzun oyundan qopması da bizə problemlər yaratdı. Məğlubiyyət nə qədər acı olsa da, bu da bir təcrübədir. Bundan nəticə çıxarıb yolumuza çempionatda davam etməliyik”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Bu cür rəqibə qarşı istədiyin futbolçular oynamırsa, alababat “11-lik” qurursan. Fəhmin, Harramiz və Mertdə sıxıntı görünürdü. Xoşagəlməz şeylər idi. Merti təcrübəsizliklə əlaqələndirmək olar, amma digərlərini başa düşməkdə çətinlik çəkirəm. Onlarla söhbətdən sonra nələr baş verdiyini dəqiq bilmək olar. Heyətimiz belə turnirlərə yetərli olmadığı üçün uduzduq. Son məğlubiyyətlərə baxmayaraq, komanda daxilində vəziyyət əladır. Belə məğlubiyyət pis təsir edə bilər, futbolçuların nə hiss etdiyini başa düşürəm. Əminliklə deyirəm ki, komandanın içində problem yoxdur. Meydanda bir-birlərini başa düşməmək ola bilər. Matçı dəyişmək üçün imkanların olmalıdır. Rəqiblər bunu oyunçu dəyişikliyi ilə edə bilirlər. Biz isə əvəzetməni kimlərsə yorulduğu üçün edirik. Təəssüf ki uduzduq, amma bundan nəticə çıxarmalıyıq”.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26