Fransız müdafiəçi “Neftçi”də
“Neftçi” fransız müdafiəçi Romen Baskı transfer edib. 26 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb. Yarımmüdafiəçi mövqeyində də çıxış edən yeni futbolçumuz komandamızın heyətində 14 nömrəli formanı geyinəcək.
Romen Bask Fransanın “Keviyi Ruan” (2014-2018) və “Havr” (2018-2021) klublarında çıxış edib. Sonuncu Liqa 2 mövsümündə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suares və Xəyal Nəcəfovu transfer edib.