“Neftçi” toplanışın ikinci mərhələsinə başladı
“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir. Dünən Sloveniyaya yollanaraq Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komandamız bu gün təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. “Ağ-qaralar”ın səhər məşqində əsasən fiziki və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
“Neftçi” toplanış çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komandamız iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib.
Qeyd edək ki, “Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab matçı isə iyulun 14-ü “Bakcell Arena”da baş tutacaq.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26