Samir Abasov: "Çətin olacağını bilirdik"
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 16-cı turunun “Qəbələ” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
“Çox çətin oyun oldu. Belə olacağını bilirdik. Matça itkilərlə çıxdıq, son anda Sabir Buqrin də zədələndi. Bu bizi çətin vəziyyətə saldı. Buna baxmayaraq, qalib gəldik. 3-4 gündən sonra "Zirə"yə qarşı oyun var. Futbolçulardan sakitləşməyi xahiş etdik. Bu matçı unutmalıyıq. Gələcək oyunda bəzi dəyişikliklər edə biləcəyik. Bəlkə də bu gün yaxşı oynamadıq. Bizim oyunumuz da rəqibdən asılı idi. Onları yaxşı oyuna görə təbrik edirəm”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Futbolçularda bir az narahatlıq var idi. Hava şəraiti və digər məsələlər çətinliklər yaratdı. Bu matçda çox çətin vəziyyətdə idik. 4-5 oyunçunun olmaması məşqçilərdən əlavə futbolçulara da təsir etmişdi. Bir dəqiq zərbə ilə oyunu udursan. Bəlkə bu oyunun ədalətli nəticəsi heç-heçə idi”.
Tövsiyə olunur
-
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26 -
“Neftçi”nin 1/8 finaldakı rəqibi müəyyənləşdi
A Komanda 30 oktyabr 2024, 17:54