Füzuli Məmmədov: "İnanıram ki, getdikcə daha da yaxşı oynayacağıq"
"Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 18-ci turunun "Qəbələ” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. O, qələbədə əziyyəti olan hər kəsə, uzun məsafə qət edib komandaya dəstək olan azarkeşlərə təşəkkürünü bildirib:
"Oyun tam ürəyimizcə olmadı. İlk hissədəki oyunu fasilədən sonra da göstərməliydik. Bununla belə, futbolçular meydanda çox əziyyət çəkdilər. Qələbə hesabını qorudular. Düşünürəm ki, "Qəbələ” sonuncu yerə layiq deyil. Yaxşı, mobil komandadır. Bu rəqibə qarşı oynamaq bizim üçün asan olmadı. Bu qələbədə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Uzun məsafə qət edib, bizi burada dəstəkləyən azarkeşlərimizə "çox sağ ol” deyirik. İnanıram ki, getdikcə daha da yaxşı oynayacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Əsas narazı qaldığım məqam bəzi futbolçuların verilən tapşırıqları maksimum yerinə yetirməmələridir. Komanda oyuna çox yaxşı başladı. Hesabı açdıq, ardıcıl iki qol vurduq. İstər-istəməz bəzi futbolçularda psixoloji rahatlıq yaranır. Bəlkə də bir az güclərini qorumaq istədilər. Amma qol buraxmamaq üçün sonadək vuruşdular”.
Tövsiyə olunur
-
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26 -
“Neftçi”nin 1/8 finaldakı rəqibi müəyyənləşdi
A Komanda 30 oktyabr 2024, 17:54