“Neftçi”dən növbəti transfer
“Neftçi” növbəti transferini rəsmiləşdirib. Albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.
Bruno Teluşi İtaliyanın “Virtus Entella” (2007-2011), Albaniyanın “Flamurtari” (2011-2017), “Partizani” (2018-2020), “Kukesi” (2020) və Xorvatiyanın “Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.