“Sabah”la oyunun hazırlığı başladı

6 oktyabr 2020, 17:45

“Neftçi” Premyer Liqanın 6-cı turunda qarşılaşacağı “Sabah”la oyunun hazırlığına start verib. Komandamızın üzvləri iki günlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə əsas və U-21 milli komandasının düşərgəsində olan futbolçular iştirak etməyiblər.

Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı oktyabrın 18-də keçiriləcək.