Füzuli Məmmədov: “Qalib gəlmək üçün şansımızdan maksimum yararlanmağa çalışacağıq”
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-si saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu öncəsi komandamızın baş məşqçisi Füzuli Məmmədovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Baş məşqçi əvvəlcə oyun haqda fikirlərini bildirib:
“Hansı komandaya qarşı oynayacağımızı bilirik. Rəqibin səviyyəsindən danışmağa ehtiyac yoxdur. “Qalatasaray” haqda lazım olan məlumatları toplamışıq, komandanı lazımi qədər analiz etmişik. Oyunu gözləyirik. Futbolçularımız meydana çıxıb qələbə qazanmaq üçün əllərindən gələni etməyə çalışacaqlar. Qalib gəlmək üçün neçə faiz şansımız olacaqsa, ondan maksimum yararlanmağa çalışacağıq”.
Füzuli Məmmədovun KİV nümayəndələrinin suallarına cavabı belə olub: “Qalatasaray”ın güclü və zəif tərəflərini bilirik. Rəqibi tam analiz etmişik deyiriksə, deməli, ona qarşı planlarımız var. Heyətlə bağlı hələ tam qərar verməmişik. Bunu son məşqimizdən sonra edəcəyik. Komandanın psixoloji planda “yama”da olması fikri ilə razı deyiləm. Sadəcə, son oyunda məğlub olmuşuq. Təbii ki, psixoloji vəziyyət çox önəmlidir və komandanı bu baxımdan maksimum dərəcədə hazırlamağa çalışacağıq. Futbolçularımız təcrübəlidirlər, belə komandalara qarşı oynayıblar. Əlbəttə, belə komandalara qarşı uğur qazanmaq tarixə düşməkdir. Hər bir futbolçumuz da qələbə qazanıb “Neftçi”nin tarixinə düşmək istəyir. Təbii ki, sabah müdafiə xəttindəki futbolçulardan da yaxşı oyun gözləyirəm. Mamadu Mbodjla heç bir problemim yoxdur. Onunla danışdıq, səhvlərini göstərdik, bir-birimizi başa düşdük. Komandamdan gözəl, mübariz, döyüşkən oyun gözləyirəm. Stadionun dəyişməsinin planımıza elə bir təsiri olmadı. Çünki az müddət əvvəl milli komandamızın üzvləri burada çıxış etmişdi. Həm də doğma şəhərimizdə oynayırıq. Təkcə Emin yox, hər bir futbolçumuz mənim üçün dəyərlidir. Hamısı ilə həm fərdi, həm də komanda şəklində danışmışıq. Onlar böyük futbolçulardır, hər şeyi anlayırlar və tam hazırdırlar. Yeni hücumçunun meydana ilk dəqiqələrdən çıxıb-çıxmayacağı ilə bağlı qərarı son məşqdən sonra verəcəyik, amma onun vəziyyəti ürəyimcədir”.
Tövsiyə olunur
-
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26 -
“Neftçi”nin 1/8 finaldakı rəqibi müəyyənləşdi
A Komanda 30 oktyabr 2024, 17:54