Avroliqa oyunumuz latviyalılara tapşırıldı

17 avqust 2020, 20:00

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Şkupi” matçının təyinatları açıqlanıb. Oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Aleksandrs Qolubevs olacaq. Ona Raymonds Tatriks və Yevgeniys Morozovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlanacaq.